AZ

Qatilin vəkili üçün pul toplayırlar - Foto

Qatilin

ABŞ-da ukraynalı qadının qatilinin vəkili üçün pultoplama kampaniyası başlanıb.

Reyting.az
“New York Post” nəşrinə istinadla xəbər verir ki, ABŞ-dakı “GoFundMe kraudfanding” platforması ukraynalı qaçqın İrina Zarutskayanın qatili DeKarlos Braunun vəkili üçün ianə toplayır.

Platformanın səhifəsində yazılır ki, cinayətkar Zarutskaya ilə eyni dərəcədə “qurbandır”.



Vəkil üçün ianə yığanlardan biri qatilə yardımın “xalqımıza qarşı irqçilik və qərəzlə mübarizəyə” kömək edəcəyi fikrini ifadə edib. Bununla bağlı İnternetdə qalmaqal yaranıb: istifadəçilər irqdən pərdə kimi istifadə edərək “bu qatilə, canavara ianə verən” insanların olduğuna inana bilmədiklərini yazıblar.

V. QULİYEV
Seçilən
27
1
reyting.az

2Mənbələr