Bakı. Trend:
Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinə məxsus "UelsŞahzadəsi" təyyarədaşıyan gəmisi Cənubi Koreyanın Pusan şəhərinincənubunda beynəlxalq sularda təlimlər keçirib.
Trend-inməlumatına görə, bu barədə "Yonhap" agentliyi Böyük BritaniyanınSeuldakı səfirliyinə istinadən bildirib.
Məlumata əsasən, təlimlərə F-35B təyyarələri cəlb olunub.Təyyarədaşıyan gəmi bu qırıcılardan 24-ə qədərini daşıya bilər.Təlim zamanı “aviasiya imkanlarının nümayişi” baş tutub.
Böyük Britaniyanın Seuldakı səfiri bildirib ki, təlim BöyükBritaniyanın Koreya Respublikası ilə əməkdaşlığının səviyyəsini vəLondonun “strateji tərəfdaşlığımızı dərinləşdirməyə və regionuntəhlükəsizlik arxitekturasına mənalı töhfə verməyə” hazır olduğununümayiş etdirir.
Təyyarədaşıyan gəminin təxminən 700 nəfərlik ekipajdan ibarətdirvə orada 1600-ə qədər hərbi qulluqçu yerləşdirilə bilər.