AZ

Ekspertlər İsveç şahzadəsinə məxsus uşaq kremini tənqid ediblər

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Stokholm, 9 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç şahzadəsi Madlenin “Minlen” kosmetik markası gələn həftə İsveçdə işə salınacaq, lakin “Weleda” şirkəti ilə əməkdaşlıqda yaradılmış məhsullar artıq Almaniya bazarında peyda olub.

AZƏRTAC xəbər verir ki, körpələr üçün nəzərdə tutulan və həyatın ilk günlərindən istifadəyə yararlı olduğu iddia edilən “Minlen Puremazing Baby Face Cream” (“Minlen Uşaq Üz Kremi - Saf Heyrət”) isveçli mütəxəssislərin tənqidinə səbəb olub.

Höteborq Universitetinin klinik bakteriologiya üzrə professor Agnes Vold xəbərdarlıq edir ki, vasitə təhlükəli ola bilər, çünki tərkibində badam və küncüt yağı, arı mumu və ciddi allergiyaya səbəb ola biləcək digər maddələr var. Onun sözlərinə görə, həkim təyin etmədiyi halda körpələrə kosmetik kremlər ümumiyyətlə lazım deyil.

“Krem 100 faiz təbii kimi reklam olunur. Amma bu, əksinə, riski artırır”, - deyə Agnes Vold vurğulayır.

“Weleda” məhsulları da İsveç alimlərinin “şarlatanlıq” adlandırdıqları antroposofiya ilə əlaqəsinə görə tənqid atəşinə tutulub.

Şahzadə Madlen müsahibəsində mübahisələri gözlədiyini etiraf edib.

“Mən buna hazır idim. Amma yenə də tənqidin nə qədər olduğu və bunun nə dərəcədə şəxsən mənə yönəldiyi məni şoka salmışdı”, - deyə o bildirib.

Həmin müsahibədə onun həyat yoldaşı Kris O'Nil qeyd edib ki, “Weleda”nın tərəfdaş kimi seçilməsi yalnız ciddi keyfiyyətə nəzarət ilə müəyyən edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
azertag.az

1Mənbələr