AZ

Prospektdə at oynadan xanım sürücü: Əks yola çıxıb maşınların üzərinə sürdü VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakıda yol hərəkəti qaydasını pozan xanım sürücünün videosu avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 8-də, paytaxtın Azadlıq prospektində qeydə alınıb. Belə ki, 99-SS-308 qeydiyyat nişanlı "Pegout" markalı avtomobilin sürücüsü tıxacda qalmamaq üçün təhlükəli yola əl atıb. O, qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıb və axına qarşı hərəkət edib. Bu zaman görüntünü qeydə alan avtomobilin üzərinə sürərək ona təhlükəli vəziyyət yaradıb.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə oluna bilər.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
avtosfer.az

1Mənbələr