O bildirib ki, hazırda qurum aylıq və birsəfərlik gedişhaqqı kartlarının tətbiqini nəzərdən keçirir.
Sitat: “Müxtəlif sosial qruplara münasibətdə xüsusi yanaşmalar nəzərdə tutulur. Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi müzakirə mövzusudur. Aylıq və birdəfəlik gediş kartları və digər alternativ yanaşmalar nəzərdən keçirilir. Dünyada məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır”.
Azərbaycanda da məsafəyə görə ödəniş sistemi tətbiq edilə bilərmi? Birsəfərlik gediş kartları vətəndaşlar üçün nə qədər sərfəlidir?
Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun sözlərinə görə, metrolarda güzəştli ödəniş sistemi dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyə, Gürcüstan, Rusiya, Bolqarıstan və digər ölkələrdə tətbiq olunur:
“Əsasən aztəminatlı ailələr, şəhid ailələri, xüsusi təqaüdlə təmin edilən şəxslər bu güzəştlərdən yararlanırlar. Tələbələr isə güzəştli kartlar vasitəsilə müəyyən şərtlərlə metrodan istifadə edə bilirlər. Bu mexanizmlər hər ölkədə fərqli şəkildə tənzimlənir və milli xüsusiyyətlər nəzərə alınaraq tətbiq olunur. Azərbaycanda da bu praktika qismən mövcuddur. Məsələn, məktəbəqədər uşaqlar, polis əməkdaşları, metroda çalışan və ya çalışmış şəxslərin bu nəqliyyat vasitəsindən pulsuz istifadə etməsi mümkündür. Güzəştli ödənişlərin tətbiqi əsasən istifadənin qaydaları ilə bağlıdır”.
Ekspert qeyd edib ki, Azərbaycanda məsafəyə görə ödənişin tətbiq edilməsi hələ tezdir:
“Çünki bu sistemin qurulması üçün metro şəbəkəsinin genişlənməsi, infrastruktur problemlərinin həll edilməsi və xəttlərin sayının artması vacibdir. Bəzi ölkələrdə 70-80 metrostansiyası var və aralarındakı məsafə 100 kilometrdən çox olur. Belə hallarda məsafəyə görə ödəniş həm sərnişinlərin maraqlarını, həm də nəqliyyatda yüklənməni tənzimləmək üçün nəzərdə tutulur.
8Mənbələr
-
konkret.azMetroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər Gözlənilən qərar… KONKRET ( 21153604)
-
day.azMetroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər? ( 21146197)
-
milli.azMetroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər? ( 21142543)
-
turkustan.azMetroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər – Gözlənilən qərar… ( 21141340)
-
konkret.azMetroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər – Gözlənilən qərar… ( 21140959)
-
demokrat.azMetroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər — Gözlənilən qərar… ( 21140857)
-
bizim.mediaMetroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər – Gözlənilən qərar… ( 21139951)
-
globalinfo.azMetroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər Gözlənilən qərar… ( 21138749)