AZ

Kəndimizdə elektrik dayağı yenisi ilə əvəzləndi

Kəndimiz gündən-günə abadlaşır. Son illər həyata keçirilən sosial infrastruktur layihələri bir çox problemi həll edir. 

İndi kəndimizdə müasir məktəb binası, avtomat telefon stansiyası, uşaq bağçası fəaliyyət göstərir ki, bu da kənd əhalisinin razılığına səbəb olur. Bununla belə, elə xırda məsələlər var ki, əhalini narazı salır. Məsələn, kəndimizdə elektrik dayaqlarından biri qəzalı vəziyyətə düşmüşdü. Bu barədə rayon icra hakimiyyətinə müraciət etdik. Sağ olsunlar. Operativ reaksiya verib tədbir gördülər. Rayon elektrik şəbəkəsinin işçiləri həmin əraziyə gələrək elektrik dayağını yenisi ilə əvəz etdilər. Bizə isə şəbəkənin işçilərinə "sağ olun" demək qalır.

Mətləb HÜSEYNOV,

Goranboy rayon Yolqulular kəndinin sakini

Seçilən
60
azerbaijan-news.az

1Mənbələr