AzVision.az xəbər verir ki, Bundestaqın (Almaniya parlamenti) Məxfi Xidmət orqanlarının fəaliyyətinin monitorinqi komitəsinin rəhbəri, XDİ-nin nümayəndəsi Mark Henrixmann “Bild” nəşrinə müsahibəsində bu məsələ ilə bağlı mövqeyini açıqlayıb.
“Almaniyada qalmaq üçün iqtisadi stimullar suriyalıların ölkələrinin yenidən qurulmasında iştirak etmək marağından üstün olmamalıdır. Almaniyada qalmaq və ya Suriyaya qayıtmaq qərarı iqtisadi səbəblərə görə verilməməlidir”, - siyasətçi deyib.
Onun sözlərinə görə, Almaniya Suriyada vəziyyətin sabitləşməsində, yenidənqurmada və təhlükəsizlik məsələlərində əməkdaşlıq etməlidir. Suriyalıların öz vətənlərinə könüllü getmələri üçün Berlin səy göstərməlidir, lakin bunun üçün Suriyada lazımi şəraitin yaradılması təmin olunmalıdır.
Hakim Xristian-Demporatlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (XDİ/XSİ) fraksiyasının spikeri, XDİ-nin Daxili Siyasət üzrə eksperti Aleksandr Trom xatırladıb ki, suriyalıların öz ölkələrindən qaçmasının ilkin səbəbi Bəşər Əsəd rejiminin terroru olub və indi bu, təhlükə aradan qaldırılıb. Buna görə də, Suriya vətəndaşlarının öz ölkələrinə qayıdıb onun yenidən qurulmasında iştirak edəcəyini gözləmək olar.
- Bu, xüsusilə Almaniyada uzun müddət qalmayan və ya uzun illərdən sonra hələ də inteqrasiya olunmayanlar üçün düzgün qərardır. Bununla belə, yaxşı inteqrasiya olunmuş, özlərini və ailələrini tam təmin edən suriyalılar alman cəmiyyətinə töhfə verir və Almaniyada onların perspektivləri var”,- ekspert vurğulayıb.
Əsəd rejiminin süqutundan sonra yalnız çox azsuriyalı qaçqın öz vətənlərinə qayıdıb. Almaniya Daxili İşlər nazirliyinin məlumatına görə, 2025-ci ilin əvvəlindən bu yana dəyişən siyasi vəziyyətə vəqayıdış üzrə Almaniyanın dövlət proqramının dəstəyinə baxmayaraq, rəsmi Berlinin səyləri nəticəsində Suriyaya yalnız 1867 qaçqın qayıdıb. Hazırda xüsusi hallar istisna olmaqla, suriyalılara sığınacaq verilməsi ilə bağlı qərarlar qəbul edilmir.
İyulun sonunda Almaniyada təxminən 955 min Suriya vətəndaşı yaşayırdı ki, bu da ilin əvvəli ilə müqayisədə təxminən 20 min azdır. Digər məqamlarla yanaşı, hər ay Almaniya pasportu alan Suriya vətəndaşları artıq əcnəbilərin statistikasına düşmürlər.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta