1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gün Azərbaycanın U-21 yığma komandası AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun II turunda növbəti oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, baş məşqçinin köməkçisi Elnur Çodarovun rəhbərliyi altında çıxış edəcək yığma komandamız bu dəfə doğma meydanda Bolqarıstan U-21 komandası ilə qarşılaşacaq.
Görüş saat 18:00-da "Dalğa Arena"da start götürəcək.
Qeyd edək ki, millimiz seçmə mərhələdə ilk oyununu Portuqaliya ilə keçirərək 0:5 hesabı ilə məğlub olmuşdu.
B qrupunun digər oyunları:
Saat 15:00, Cəbəllütariq U-21 - Çexiya U-21;
Saat 22:00, Şotlandiya U-21 - Portuqaliya U-21.