AZ

Təsərrüfatlarını Kəlbəcər və Laçındakı yaylaqlara aparmaq istəyənlər portalda qeydiyyatdan keçməlidirlər

Hamıya yaxşı məlumdur ki, indi kitab oxuyanların sayı xeyli azdır. Bunun bir çox səbəbi var. Ancaq əsas səbəblərdən biri insanların vaxt azlığıdır. 

Bunu nəzərə alan Daşkəsən Rayon İcra Hakimiyyəti və Mərkəzləşdirilmiş Kitabxana Sistemi Xoşbulaq yaylağında dincələnlər üçün kitab sərgisi təşkil etdi. "Konstitusiya və Suverenlik İli" çərçivəsində təşkil olunan sərgi insanlar arasında razılıqla qarşılandı. 

Açıq havada təşkil edilən sərgidə rayon icra hakimiyyətinin məsul əməkdaşları ilə yanaşı, kənddə dincələnlər də fəallıqla iştirak etdilər. Tədbirin açılışında çıxış edənlər Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunmasının tarixi əhəmiyyətindən danışdılar. 

Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. İştirakçılara Azərbaycan Respublikası Konstitusiyasının yaranma tarixi, hüquqi əsasları və dövlətçiliyimizin inkişafındakı rolundan bəhs edən kitablar təqdim olundu.

Mən də sərgidə iştirak etdim və Konstitusiyamızla bağlı çap olunmuş kitablarla tanış oldum. Söz yox ki, belə tədbirlərin keçirilməsi insanların bilik səviyyəsinin artmasında mühüm rol oynayır.

Mirvari BUDAQOVA,

Daşkəsən rayon sakini

Seçilən
58
azerbaijan-news.az

1Mənbələr