DÇ-2026-nın seçmə mərhələsində Avropa zonası üzrə ötən gün daha 7 oyun keçirilib.
Offsideplus.az xəbər verir ki, ən maraqlı görüş İsraildə baş tutub. Yerli komanda İtaliyanı qəbul edib.
Qarşılaşmada 9 qol vurulub. İtalyanlara qələbə gətirən qolu 90+1-ci dəqiqədə Sandro Tonali vurub - 5:4.
Xorvatiya Çernoqoriyanı 4:0, Danimarka isə Yunanıstanı 3:0 hesabı ilə məğlub edib.
Ötən gecənin bütün nəticələrini sizə təqdim edirik:
DÇ-2026, seçmə mərhələ
Kosova - İsveç 2:0
Qollar: Rexbeçay, 26. Muriqi, 42.
İsveçrə - Sloveniya 3:0
Qollar: Elvedi, 18. Embolo, 33. Ndoye, 38.
Belarus - Şotlandiya 0:2
Adams, 43. Volkov, 65-avtoqol
Yunanıstan - Danimarka 0:3
Qollar: Damsqard, 32. Kristensen, 62. Höylund, 81.
Cəbəllütariq - Farer adaları 0:1
Qol: Aqnarsson, 68
Xorvatiya - Çernoqoriya 4:0
Qollar: Yakiç, 35. Kramariç, 51. E.Kuç, 85-avtoqol. Perişiç, 90+2.
İsrail - İtaliya 4:5
Qollar: Lokatelli, 16-avtoqol. D.Perets, 52; 89. Bastoni, 87 (avtoqol) – Moyze Kin, 40; 54. Politano, 59. Raspadori, 81. Tonali, 90+1.