AZ

Azərbaycanda mal əti bahalaşıb - Video

ərbaycanda mal əti və digər ət məhsullarının qiyməti artıb. Qəssabların sözlərinə görə, hazırda mal ətinin bir kiloqramı 16-17 manat, quzu əti isə 20-21 manat arasında satılır.

Satıcılar qiymət artımını əsasən rayonlarda heyvanların baha başa gəlməsi ilə izah edirlər. “Alıcı qüvvəsi də yoxdur. Camaat ət ala bilmir. Çox bahadır”, – deyə qəssablardan biri bildirib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-iyul aylarında ət və ət məhsullarının qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə orta hesabla 6,8% artıb.

Əlavə məlumat üçün: Baku TV.

Seçilən
100
anews.az

1Mənbələr