AZ

Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

Sumqayıtın bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS məlumat yayıb.

Qeyd edilib ki, sentyabrın 9-da saat 11:00-dan etibarən, balans qovşaqlarında aparılan yenidənqurma işləri və tənzimləyici şkafın ləğv edilməsi ilə əlaqədar Sumqayıt şəhərinin 15-ci və 36-cı məhəllələrində qaz təchizatında məhdudiyyətlər olacaq. 

İşlər tamamlanana qədər ümumilikdə 1200 abonentin qaz təchizatı dayandırılacaq.

Seçilən
8
10
ikisahil.az

10Mənbələr