ABŞ Avropa ölkələri ilə Co Bayden administrasiyası dövründə başlatdığı dezinformasiyaya qarşı mübarizə haqqında memorandumları pozur...
Poliqon xəbər verir ki, bu barədə Financial Times öz mənbələrinə istinadən yazıb.
Keçən həftə Avropa hökumətləri ABŞ Dövlət Departamentindən anlaşma memorandumlarının ləğvi ilə bağlı bildiriş alıblar. Sənədlər 2023-2024-cü illərdə imzalanıb və Rusiya, Çin və İrandan gələn zərərli məlumatların müəyyən edilməsi və ifşa edilməsinə vahid yanaşmanı nəzərdə tutur.
Təşəbbüs Dövlət Departamentinin xarici dezinformasiyaya və terror qruplarının təbliğatına qarşı mübarizə aparan strukturu olan Qlobal İştirak Mərkəzi (GEC) tərəfindən əlaqələndirilib. GEC-in keçmiş rəhbəri Ceyms Rubin Vaşinqtonun qərarını tənqid edərək, bunu informasiya müharibəsində birtərəfli tərksilah aktı adlandırıb:
"İnformasiya müharibəsi zəmanəmizin reallığıdır və süni intellekt yalnız onunla bağlı riskləri artıracaq".
Onun sözlərinə görə, son bir ildə Avropa və Afrikanın 22-yə yaxın ölkəsi Bayden administrasiyasının informasiya manipulyasiyasına qarşı ümumi sistem yaratmaq və təhdidlərə kollektiv reaksiya hazırlamaq məqsədi daşıyan proqramına qoşulub.
Poliqon.info