Demokrat.az "Report"a istinadən xəbər verir ki, "İnkişaf və Təhlükəsizliyin Rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə" mövzusuna həsr olunmuş tədbirə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutu təşkilatçılıq edir.
Beynəlxalq Strateji və Təhlükəsizlik Araşdırmaları İnstitutunun direktor müavini, Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun baş elmi işçisi Zhao Longun moderatorluğu ilə keçiriləcək plenar sessiyada BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, AQEM-in Baş katibi Kayrat Sarıbay, Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya İşləri Departamentinin təmsilçisi, səfir Yan Uenbin, Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun Prezidenti Çen Dongxiao çıxış edəcəklər.
Beyin Mərkəzləri Forumunun birinci günü "İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi - Asiya təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların tədqiqi"; "Yaşıl və rəqəmsal transformasiya dövründə təchizat zənciri üzrə əməkdaşlıq"; "Avrasiya bağlantılarının gücləndirilməsi: Bir Kəmər, Bir Yol təşəbbüsü (BRI), Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) və digər layihələr" mövzularında sessiyalar keçiriləcək.
10Mənbələr
-
axar.azBakıda mühüm forum keçirilir ( 21152077)
-
buta.tvBakıda mühüm forum keçirilir ( 21145360)
-
baki-xeber.comBeyin Mərkəzlərinin Bakıda iclası keçirilir ( 21142339)
-
demokrat.azBakıda AQEM Beyin Mərkəzləri Forumunun 13-cü iclası keçirilir ( 21142261)
-
interpress.azBakıda AQEM Beyin Mərkəzləri Forumunun 13-cü iclası keçirilir ( 21142249)
-
moderator.azBakıda AQEM Beyin Mərkəzləri Forumunun 13-cü iclası keçirilir ( 21141997)
-
far.azBakıda AQEM Beyin Mərkəzləri Forumunun 13-cü iclası keçirilir ( 21141865)
-
Ajans.azBakıda mühüm forum keçirilir ( 21141760)
-
azadmedia.azBakıda AQEM Beyin Mərkəzləri Forumunun 13-cü iclası keçirilir » AzadMedia.az ( 21141709)
-
ikisahil.azBakıda AQEM Beyin Mərkəzləri Forumunun 13-cü iclası keçirilir ( 21141565)