AZ

Zəngəzur dəhlizi ilə bağlı müzakirələr BAŞLAYIR

Ermənistan Xarici İşlər Nazirliyi yaxın vaxtlarda ABŞ tərəfi ilə bir sıra müzakirələrin aparılacağını bildirib.

Modern.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Ani Badalyan “Azatutyun” radiosuna açıqlama verib.

Onun sözlərinə görə, gündəlikdə olan məsələlərdən biri də “Tramp yolu” layihəsinin (Zəngəzur dəhlizi) həyata keçirilməsi ilə bağlı olacaq:

“Amerika tərəfi ilə yaxın günlərdə müzakirələr nəzərdə tutulur, o cümlədən "Tramp yolunun" həyata keçirilməsi istiqamətində. ABŞ tərəfdaşlarının İrəvana səfəri və müzakirələrin detalları barədə əlavə məlumat ictimaiyyətə təqdim olunacaq”, - deyə Badalyan bildirib.

ABŞ tərəfinin səfərinin tarixi və gündəliyi barədə məlumatın sonradan dəqiqləşdiriləcəyi gözlənilir.

Seçilən
20
2
modern.az

3Mənbələr