“Neftçi”nin yarımmüdafiəçisi Edvin Kuç Monteneqro millisinin heyətində meydana çıxıb.
İdmanxeber.az xəbər verir ki, Robert Prosineçkinin komandası Xorvatiyanın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Kuç oyuna 74-cü dəqiqədə daxil olub və 85-ci dəqiqədə avtoqol vurub. “Qarabağ”ın futbolçusu Marko Yankoviç isə bu görüşün iştirakçısı olmayıb.
Monteneqro millisi 5 turdan sonra 6 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.