AZ

Gimnastlarımız “4th Educational Long Weekend” tədbirində iştirak ediblər

5-7 sentyabr tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində “Gimnastika hamı üçün” növü üzrə Avropa Gimnastikasının ənənəvi tədbiri – “4th Educational Long Weekend” keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə 15 ölkədən 33 iştirakçı yer alıb.

Ölkəmizi “Gimnastika hamı üçün” növü üzrə məşqçilər Ayna Məmmədova və Alfiya Mantova təmsil ediblər.

Təlimlər zamanı müxtəlif Avropa ölkələrindən olan mütəxəssislər “Gimnastika hamı üçün” istiqamətində təcrübə mübadiləsi aparıb, seminar və praktiki məşğələlərdə iştirak ediblər. İştirakçılara bu sahədə yeni metodlar, inklüziv yanaşmalar, həmçinin kütləvi gimnastikanın inkişafı üçün tətbiq edilə biləcək nümunəvi proqramlar təqdim olunub.

Tədbir çərçivəsində nümayəndələr beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də gimnastikanın sağlam həyat tərzi və geniş kütlələr arasında populyarlaşdırılması ilə bağlı müzakirələr aparıblar.

Azərbaycan nümayəndə heyəti də həm nəzəri, həm də praktiki sessiyalarda fəal iştirak edərək təcrübələrini bölüşüb.

Qeyd edək ki, tədbirdə Avropa Gimnastikasının Texniki Komitəsinin üzvü, Avropadakı milli nümayəndəmiz Ruslan Eyvazov da iştirak edib.

Gimnastlarımız ölkəyə qayıdıblar

Gimnastlarımızdan Dünya Oyunlarında üç gümüş medal

Dünya Oyunlarında uğurlu çıxış edən gimnastlarımız Vətənə qayıdıblar - VİDEO

Dünya Oyunlarında uğurlu çıxış edən gimnastlarımız Vətənə qayıdıblar

Gimnastika üzrə Sumqayıt şəhərinin açıq birinciliyi yekunlaşıb - FOTO

Seçilən
31
9
apasport.az

10Mənbələr