AzVision.az xəbər verir ki, üç avropalı rəsmiyə istinad edən “Financial Times (FT)” nəşrinin məlumatına görə, ABŞ Dövlət departamenti keçən həftə Bayden administrasiyası zamanı imzalanmış anlaşma memorandumlarına xitam verən rəsmi bildirişlər göndərib.
2024-cü il ərzində Avropa və Afrikanın 20-dən çox ölkəsi ilə imzalanmış bu sazişlər “xarici dövlətlər tərəfindən xaos səpmək məqsədi ilə yayılan zərərli məlumatların” müəyyən edilməsini və onlara qarşı mübarizə üçün vahid yanaşmanın hazırlanmasını nəzərdə tuturdu.
Memorandumlar ABŞ Dövlət departamentinin 2011-ci ildə yaradılmış ixtisaslaşmış qurumu olan Qlobal İştirak Mərkəzinin (QİM) təşəbbüsünün bir hissəsi idi.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta