1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiya qoşunları Ukraynanın Donetsk vilayətində ən böyük kömür müəssisəsinin - Krasnoarmeyskdən qərbdə yerləşən "Pokrovskoye" mədən idarəsinin ərazisini işğal ediblər.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Donetsk "rəhbəri"nin "müşaviri" İqor Kimakovski məlumat verib.
"Bizim bölmələrimiz Udaçnıdan "Pokrovskoye" mədən idarəsinin inzibati-istehsalat kompleksinin ərazisinə daxil olublar", - deyə Kimakovski bildirib.
O əlavə edib ki, cəbhənin bu hissəsində şiddətli döyüşlər gedir və Kiyev döyüşə əlavə qüvvələr və mexanikləşdirilmiş briqadalar göndərir.