AZ

Kəşfiyyat rəhbəri: Rusiya ukraynalılar kimi mülki çexləri də öldürəcək

Rusiya dinc əhaliyə qarşı qəsdən hücumlar həyata keçirir və eyni üsulları digər Avropa ölkələrində də tətbiq etmədən dayanmayacaq...

Poliqon Politico-ya istinadən xəbər verir ki, bunu Çexiya Təhlükəsizlik Xidmətinin (BIS) rəhbəri Mixal Koudelka Çexiyanın Deputatlar Palatasında daxili təhlükəsizlik üzrə konfransda çıxışı zamanı deyib.

O vurğulayıb ki, Rusiya Ukraynada vəhşicəsinə qətllər törədir və məqsədyönlü şəkildə mülki şəxslərə: qadınlara, uşaqlara və müdafiəsiz insanlara hücum edir: "Biz hamımız tam əmin olmalıyıq ki, ruslar da bizə qarşı eyni şeyi edəcəklər. Buna heç bir şübhə olmasın".

Kəşfiyyat rəhbəri bu barədə Çexiyada oktyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində danışıb. Brüssel uzun müddətdir ki, Moskvanın Mərkəzi və Şərqi Avropada, xüsusən Rumıniya və Moldovada seçkilərə müdaxiləsindən narahatdır.

BIS dəfələrlə Rusiyanın təsir əməliyyatları barədə xəbərdarlıq edib:

* mediada təbliğat xarakterli xəbərlərin yayılması,
* dövlət qurumlarını sındırmaq,
* miqrantları cinayət törətmək üçün işə götürmək və qorxu salmaq.

"Voxpot" araşdırma nəşrinin məlumatına görə, sanksiyaya məruz qalmış Rusiya KİV-lərinin tərcümə materialları ilə Çexiya dezinformasiya saytlarının sayı seçkilər ərəfəsində rekord həddə çatıb.

Koudelka bildirib ki, Kremlin Ukraynaya qarşı müharibəni bitirmək niyyəti yoxdur və ukraynalılar özlərini müdafiə etməklə əslində Çexiyanın gələcəyini qoruyurlar: "Onlar bizə Rusiyanın mümkün təcavüzünə hazırlaşmaq üçün vaxt verirlər".

O əlavə edib ki, Rusiyanın başa düşdüyü yeganə dil gücdür və buna görə də Çexiya demokratiya və azadlığı müdafiə etməyə hazır olduğunu nümayiş etdirməlidir.

Poliqon.info

Seçilən
41
poliqon.info

1Mənbələr