AZ

Baş katib: Azərbaycanın AQEM-ə sədrliyi bütün sahələrdə etimad tədbirlərinin gücləndirilməsinə yönəlib

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi (2024-2026-cı illər) bütün istiqamətlərdə etimad tədbirlərinin təkmilləşdirilməsinə yönəlib.

“İki sahil” xəbər verir ki, bu barədə AQEM-in Baş katibi Kayrat Sarıbay Bakıda təşkilatın üzv ölkələrinin Beyin Mərkəzləri Forumunun 13-cü iclasında bildirib.

"Azərbaycanın sədrliyi siyasi, iqtisadi və humanitar sahələr daxil olmaqla bütün istiqamətlərdə etimad tədbirlərinin təkmilləşdirilməsinə yönəlib. Bu kontekstdə hazırkı forum nəinki vaxtında keçirilir, həm də AQEM-in ümumi strateji məqsədlərinə uyğundur", - o qeyd edib.

K.Sarıbay qeyd edib ki, forumun Bakıda keçirilməsi rəmzi məna daşıyır: "Regionun elm, iqtisadiyyat, texnologiya və diplomatiya sahələrində artan təsiri yeni imkanlar açır, lakin eyni zamanda birgə səylər və məsuliyyətli yanaşma tələb edir".

ATƏT-in Baş katibi əlavə edib ki, təşkilat Asiyada münaqişələrin və çağırışların müzakirəsi üçün unikal platformaya çevrilir, burada bir masa arxasında müxtəlif mövqelərə malik dövlətlər də yer ala bilər.

Seçilən
24
ikisahil.az

1Mənbələr