Bu gün Azərbaycanın U-21 millisi AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun 2-ci tur oyununa çıxacaq.
Operativ Media-nın məlumatına görə, bu görüşdə komandaya baş məşqçinin köməkçisi Elnur Çodarov rəhbərlik edəcək. Rəqib isə Bolqarıstan yığması olacaq.
18:00 — Azərbaycan (U-21) – Bolqarıstan (U-21)
Bakı, “Liv Bona Dea Arena” stadionu. Baş hakim – Flerian Lyata (Albaniya).