Hindistan Müdafiə Nazirliyi növbəti 15 ildə həyata keçirilməsini tələb edən və əsas inkişafları sadalayan “Perspektivli texnologiya imkanları 2025 (TPCR)” yol xəritəsini nəşr edib.
Herbiand.az bildirir ki, TPCR-nin əvvəlki iki nəşri 2013 və 2018-ci illərdə buraxılıb.
Yol xəritəsində Hindistan Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının bir sıra tələbləri sadalanır. Bəzi sistemlər əvvəlki nəşrlərdə də nümayiş etdirilib.
Yol xəritəsinin 2018-ci il versiyasında olduğu kimi, yeni sənəddə 5-10 yeni nəsil esmineslərin inşası nəzərdə tutulur. Həmçinin, 7 yeni korvetdən də bəhs edilir.
Bəxtiyar CƏFƏRLİ