AZ

Ağsuda ağır qəza baş verdi - Ölən və yaralı var

BAKI, 9 sentyabr. TELEQRAF

Ağsuda yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki,hadisəAğsu-Bico avtomobil yolunun Ərəbuşağı kəndidən keçən hissəsində qeydə alınıb.

Məlumata görə,1992-ci il təvəllüdlü Sadıqov Bəhlul İsa oğlunun idarə etdiyi “VAZ-21061 minik” markalı avtomobillə 1986-cı il təvəllüdlü Cəbrayılov Amil Famil oğlunun idarə etdiyi “Howo yük” markalı avtomobilin toqquşub.

Nəticədə “VAZ-21061 minik” markalı avtomobildə olan sərnişin 1965-ci il təvəllüdlü Sadıqov Mirələm oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb, həmin avtomobilin sürücüsü Sadıqov Bəhlul İsa oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Seçilən
41
1
teleqraf.com

2Mənbələr