AZ

Pakistan Ermənistanı tanıyacaq

Bu barədə Rusiyanın "TASS" xəbər agentliyi BMT-dəki adları çəkilməyən mənbələrə istinadən xəbər yayıb. İddiaya görə, Pakistan belə bir addım ataraq Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq imkanı qazanmaq niyyətindədir.

Agentliyə açıqlama verənlər diqqətə çatdırıblar ki, Pakistan hökuməti bu məsələ üzrə müvafiq müzakirələr aparır.

"Prosedur bir neçə həftədən bir neçə ayadək çəkə bilər. Hər halda, bu, gözlənilən perspektivdir. Azərbaycan və Ermənistan arasında sülh sazişi bu addıma müəyyən mənada təkan verdi", – BMT nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, avqustun 31-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə pakistanlı həmkarı Məhəmməd İshaq Dar Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində baş tutmuş sammiti çərçivəsində görüşüblər. Onlar danışıqların yekununda iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına dair bəyanat imzalayıblar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu addımı alqışlayaraq, "irəli addım" kimi qiymətləndirib.

Məlumat üçün bildirək ki, rəsmi İslamabad Qarabağ münaqişəsini əsas gətirərək, Ermənistanı müstəqil dövlət kimi tanımırdı. Eyni zamanda, Ermənistanın milli təhlükəsizlik doktrinasında Pakistan "təhdid" sayılırdı.

Firudin Həmidli
AzVision.az
Seçilən
9
1
azvision.az

2Mənbələr