Bu gün əsas milli ilə yanaşı, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması da rəsmi oyuna çıxacaq.
Fanat.Az xəbər verir ki, gənclər Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci matçını keçirəcək.
Bolqarıstan yığması ilə Bakıda baş tutacaq görüş Mərdəkanda "Dalğa Arena"da olacaq və saat 18:00-da start götürəcək. Qarşılaşmada U-21-i meydana baş məşqçi Ayxan Abbasovun köməkçisi Elnur Çodarov çıxaracaq. Abbasov bu gün əsas yığmanın sükanı arxasənda olacaq.
Qeyd edək ki, U-21 seçmə mərhələdəki ilk görüşündə sentyabrın 5-də səfərdə Portuqaliya yığmasına 0:5 hesabı ilə məğlub olub.
AÇ-2027
B qrupu, 2-ci tur
9 sentyabr
18:00. Azərbaycan - Bolqarıstan
Hakim: Florian Lata (Albaniya).
Mərdəkan. "Dalğa Arena"
Xal durumu: Portuqaliya - 3, Bolqarıstan - 3, Çexiya - 3, Şotlandiya - 0, Cəbəllütariq - 0, Azərbaycan - 0.