AZ

Fransa vətəndaşlarının əksəriyyəti parlamentin buraxılmasının tərəfdarıdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baş nazir Fransua Bayru Milli Assambleyada (parlamentin Aşağı Palatası) hökumətə etimad səsverməsi zamanı kifayət qədər sayda deputatın dəstəyini ala bilmədikdən sonra Fransa vətəndaşlarının əksəriyyəti parlamentin buraxılmasını dəstəkləyir.
Oxu.Az-ın xəbərinə görə, bunu Fransanın İctimai Rəy İnstitutunun (IFOP) LCI telekanalının sifarişi ilə keçirdiyi sorğunun nəticələri göstərir.
Belə ki, respondentlərin 61%-i Milli Assambleyanın buraxılmasını və növbədənkənar parlament seçkisini dəstəkləyib. Bu, iyulun 4-də keçirilmiş analoji sorğunun nəticələrindən 11% çoxdur.
"Bu, olduqca diqqətəlayiqdir, çünki prezident seçkisində Emmanuel Makrona səs verənlər istisna olmaqla, əksər kateqoriyalarda bu fikir üstünlük təşkil edir", - IFOP-un ictimai rəy şöbəsinin rəhbəri Frederik Dabi telekanalın efirində bildirib.
Sorğunun nəticələrinə görə, növbədənkənar seçkinin keçiriləcəyi təqdirdə sağçı Milli Birlik Partiyası səslərin əksəriyyətini ala bilər; respondentlərin 34%-ə qədəri onu dəstəkləməyə hazırdır.
Xatırladaq ki, sentyabrın 8-də Fransa Milli Assambleyasının (parlamentin Aşağı Palatası) deputatlarının əksəriyyəti baş nazir Fransua Bayrunun proqram xarakterli çıxışından sonra ölkə hökumətinə etimadın əleyhinə səs verib.
Seçilən
60
oxu.az

1Mənbələr