AZ

SİMA İmza-nın yüklənmə sayı 5 milyonu keçib

AzInTelecom-un açıqladığı statistikalara görə, SİMA İmza mobil tətbiqinin yüklənmə göstəriciləri ildən-ilə artıb.

Bakıvaxtı.az xəbər verir ki, 2022-ci ildə cəmi 200 min olan yüklənmə sayı 2023-cü ildə 600 minə, 2024-cü ildə isə 2,3 milyona çatıb.

2025-ci ilin ilk 8 ayı ərzində isə göstərici 1,8 milyon səviyyəsində olub.

Qeyd edilib ki, hazırda tətbiqin ümumi yüklənmə sayı 5 milyonu ötüb.

Əli Hüseynov

Seçilən
25
1
bakivaxti.az

2Mənbələr