AZ

Makron yenə siyasi tıxacla üzləşib: Onun siyasətdən getmək vaxtı çatıbmı?..

Prezident Emmanuel Makron ikinci hökumət məğlubiyyətini yaşayır və parlamentin parçalanmış konfiqurasiyası onun siyasi gələcəyini sual altına alıb.

Müəllif: Roman Korn

“Foreign Policy” nəşri

Fransada siyasət yenidən tıxanıb və bu dəfə çıxış yolu görünmür. 8 sentyabr, bazar ertəsi, Milli Assambleya Fransua Bayru hökumətinə etimadsızlıq səsverməsi keçirərək 577 deputatdan 364-ü qərarı dəstəkləyib və baş nazir istefa verib. Bu, Makron üçün bir il ərzində ikinci hökumət məğlubiyyəti olub və ölkənin maliyyə vəziyyətinə ciddi təsir edən siyasi spiralın əyani simptomudur.

Fransua Bayru səsvermədən dərhal əvvəl deputatlara deyib: “Sizin hökuməti devirmək gücünüz var, amma reallığı silmək gücünüz yoxdur”. Baş nazir ölkənin maliyyəsini isə “sakit, yeraltı, görünməz və dözülməz qanaxma” kimi təsvir edib.

Bəzi analitiklərin fikrincə, prezident qarşısında tanış, amma həll olunmaz seçim durur: ya 2024-cü ilin yayında etdiyi kimi parlamenti yenidən buraxmalıdır, ya da istefa verməklə təkid edən çağırışlara qulaq asmalıdır. Hər iki variant ölkə üçün işlək həll vəd etmir.

Makronun siyasi tələyə düşməsi

Cari böhranın başlanğıcı prezidentin siyasi riyaziyyatı çaşdırmaq cəhdi olub. 2024-cü ilin iyununda Makron Milli Assambleyanı buraxaraq “Milli Birlik”in (RN) lideri Marin Le Penin artan təsirini dayandırmaq istəmişdi. Lakin bu addım əks təsir göstərdi: ultrasağ partiya rekord sayda mandat qazandı və o vaxtdan etibarən stabil koalisiya yaranmadı. Ölkə artıq 1,5 ildir “asılı” parlament və hökumətlərlə yaşayır, onların fəaliyyəti çətinliklə gedir.

Bayru hökumətindən sonra Konstitusiya Makrona parlamenti yenidən buraxmaq hüququ verir. Lakin bu da dilemma yaradır:

Birinci variant: “Milli Birlik” yetərincə mandat qazansa, prezident mütləq Jordan Bardellanı baş nazir təyin etməlidir. Bu, Makron üçün siyasi fiasko olardı. Növbədənkənar seçkilər ultrasağ partiyanın yolunu təkcə formal olaraq bloklaq üçün lazımdır, lakin “Milli Birlik”in qalibiyyəti fonunda Makron faktiki olaraq güc itirmiş olur.

İkinci variant: Bardella baş nazir olmazsa, prezident digər siyasi qüvvələrdən hökumət başçısı axtarmalıdır. Lakin 2022-ci ildən bu qüvvələr əsas məsələlərdə, büdcə, pensiya islahatı, miqrasiya və ekoloji siyasət kimi məsələlərin həllində kompromisə qadir olmadıqlarını göstəriblər.

Fransız mətbuatına görə, Makron 2027-ci ilə qədər istefa verməyi düşünmür və Bayru hökumətinin uğursuzluğundan dərhal sonra parlamenti buraxmağı planlaşdırmır. Yeni baş nazir dekabrın sonuna qədər parçalanmış aşağı palatadan büdcəni keçirməli olacaq, bunun fonunda isə xərclərin azaldılmasına qarşı etiraz aksiyaları gözlənilir, o cümlədən qarşıdan “Hər şeyi bloklayaq” hərəkatının mitinqləri gözlənilir.

“Milli Birlik” yeni seçkilərdə güclənəcəkmi?

Bir il əvvəl “Milli Birlik” parlamentdə mütləq əksəriyyət əldə edə bilməmişdi, çünki sol qüvvələr tələsik “Yeni Xalq Cəbhəsi”ndə birləşmişdi. Son aylar isə bu zəif alyans LFI və Jean-Luc Mélenşonun dözümsüz mövqeyi səbəbindən dağılıb. Paralel olaraq, Bardella özünü “biznes dostu” kimi təqdim edir, sahibkar birləşmələri qarşısında çıxış edir; müşahidəçilər onun daha liberal və az populist tonunu qeyd edirlər. Bu “Milli Birlik”in nəticəsini yaxşılaşdırmaq şansını artırır.

Bununla belə, məhdudlaşdırıcı amillər də mövcuddur: 2024-cü ildə “Milli Birlik”ə səs verən fransızların bir qismi Donald Trampın ABŞ-də tətbiq etdiyi üslubdan narazıdır; sorğular göstərir ki, 79% fransız Trampın prezidentliyini dəstəkləmir. Həmçinin Marin Le Pen martda dövlət vəsaitlərini mənimsəmək ittihamı ilə məhkum edilib və müvəqqəti olaraq seçkilərdən kənarlaşdırılıb. Bu faktorun seçiciyə təsiri hələ dəqiq bilinmir.

Əgər ultrasağlar olmasa, onda kim olacaq?

Əgər “Milli Birlik” əksəriyyət qazana bilməzsə və Bardella baş nazir olmazsa, prezident kimlə hökumət başçısı axtarmalıdır ki, bir neçə aydan uzun müddət dayana bilsin və “əsas” islahatları irəlilətməyi bacarsın? Sağ və mərkəz tərəfdə cəhdlər artıq olub: Mişel Barnye sentyabr 2024-də təyin edilmişdi, amma bu hökümət üç aydan çox dayana bilmədi. Fransua Bayru doqquz ay davam edə bildi və görünür ki, o da kifayət etmədi.

Sola yönəlmək? Bu Yelisey Sarayından kompromisləri tələb edəcək, hansı ki, sosialistlərin tələbləri indiyə qədər qəbul edilməyib. Sosialistlər alternativ büdcə təqdim edib və hökumətin istefasına səs verib. Onların paketində zənginlərə vergi, pensiya islahatının ləğvi və pensiya yaşının artırılması nəzərdə tutulur. Bu, Makronun proqramının uğursuzluğunu elan etmək deməkdir.

Hətta bu halda da baş nazirin sosialistlərlə möhkəm əksəriyyəti olmayacaq. LFI dəstəyi olmadan sosialistlər idarəedici rəqəmlərdən uzaqdadır; “yaşıl” və kommunistlərin müvəqqəti dəstəyini alsalar da, mərkəz və sağın səsini toplamalı olacaqlar. Zəruri kompromislər dərhal parçalanmış PS-də fraksiya daxili müharibələri doğuracaq.

2027-ci ilə qədər saat işləyir

Növbəti prezident seçkilərinə 18 aydan bir qədər çox vaxt qalıb (aprel 2027). Makronun istefa verməsi barədə şayiələr seçki təqviminin sürətlənməsini gətirə bilər və varis yarışını qızışdırır. Seçicilər, adətən sabitliyi seçəcək və kompromisi təşviq edəcək, indi isə prezidentin tıxacın əsas səbəbkarı olduğuna inanaraq onu “xilas etməyə” tələsmirlər.

Əslində böhran göründüyündən daha dərin olub. Parlament üç qarşılıqlı bloka, sol, sağ və mərkəzə parçalanıb. Bu blokların həri isə daxildə bölünüb. Sol tərəfdə LFI və PS arasında uzlaşmaz münaqişə; sağda, əvvəllər De Qollistlərin üstünlüyü üzərində dayanan, indi Le Pen-in qarşısını almaq və ya ona qoşulmaq məsələsi daim gündəmdədir. Mərkəzdə, Makronun ilk dövründə “dəmir” əksəriyyət olduğu yerdə indi ambisiyalar bazarı və mikropartiyalar yaranıb.

Sarkozinin məsləhəti: Burax və təslim olma...

Keçmiş prezident Nikola Sarkozi Le Figaro-da Makronu istefa verməməyə çağırır. Onun sözlərinə görə, istefa yalnız xaosu artırar. Çıxış yolu parlamenti yenidən buraxmaqdır. Sarkozinin hesablamasına görə, bu ultrasağların qələbəsinə gətirib çıxaracaq və siyasi vəziyyəti aydınlaşdıracaq.

Makron 2017-ci ildə qələbəsi ilə “sola və sağa qarşı” ənənəvi dueli pozub, kompromis imkanlarını məhv edib. Sarkozi hesab edir ki, mərkəz artıq etibarını itirib və yeganə yol “kənarları” yenidən “respublika oxuna” gətirməkdir, praktiki olaraq bu Le Pen qarşısında kapitulyasiya deməkdir.

İroniyaya bax ki, Sarkozinin ən böyük nailiyyəti dəqiq Le Penin yüksəlişini dayandırmaq olub. Bu gün təklif olunan həll şəxsi məğlubiyyətin qəbulunu simvolizə edir. Makron bunu qəbul edərsə, öz məğlubiyyətini də etiraf etmiş olur. Lakin fransız seçicisi inadkardır; nə qədər səbrləri tükənsə də, təcrübəsiz Bardella və üç dəfə uduzmuş Marin Le Peni qəbul etməyə hazır olmaya bilər.

Zər atılır

Milli Assambleyanın növbəti konfiqurasiyası nə göstərəcək, heç kim bilmir. Makron görünür ki, yenidən risk etməyə hazırdır. Bu dəfə zərurət üzündən, seçimdən yox. Stefan Mallarmenin sözləri ilə: “Bir zər atışı heç vaxt təsadüfi faktoru aradan qaldırmaz”.

Fransızlar rasionallığı ilə məşhur olsa da, bu gün yenə Fortunanın girovudurlar.

Tərcümə Poliqon-a aiddir.

Poliqon.info

Seçilən
52
poliqon.info

1Mənbələr