AZ

Xızıda iki otaqlı ev yandı

BAKI, 9 sentyabr. TELEQRAF

Xızı rayonunun Qars kəndində ümumi sahəsi 84 m² olan birmərtəbəli, 2 otaqlı evin (taxta konstruksiyalardan ibarət) 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 24 m² sahədə yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Evin qalan hissəsi və yaxınlıqdakı meşə ərazisi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
64
1
teleqraf.com

2Mənbələr