AZ

Hansı halda siyasi mühacir statusu ləğv edilir? – VACİB AÇIQLAMA

Siyasi mühacir statusu beynəlxalq hüquqa əsasən təqib və təhlükə səbəbilə başqa ölkədə sığınacaq alan şəxslərə verilir. Lakin bəzi hallarda həmin status geri alına və ya ləğv edilə bilər. Maraqlıdır, hansı hallarda siyasi mühacir statusunun ləğv edilməsi mümükündür?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, bu status yalnız xüsusi hallarda aradan qaldırıla bilər:

Hüquq

“Əgər siyasi mühacir həmin ölkəyə zərər verən addımlar atarsa, terrorçularla əməkdaşlıq edib dövlətə qarşı fəaliyyət göstərən qruplarda yer alarsa, status ləğv edilə bilər. Həmçinin, ona verilən hüquqlardan sui-istifadə etdikdə, yəni qanundan kənara çıxdıqda siyasi mühacirlik statusu qüvvədən düşür”.

Cəfəroğlu vurğulayıb ki, belə hallarda siyasi mühacir statusu dərhal qüvvədən salına bilər və şəxsin həmin ölkədə qalmaq hüququ şübhə altına düşür.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
27
6
konkret.az

7Mənbələr