Azərbaycanda Çin istehsalı olan avtomobillər artmaqdadır.
Marja.az Dövlət Statistika Komitəsinin "Minik avtomobillərinin markalarına görə bölgüsü" hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə BYD modellərinin sayı 4 dəfə və ya 3 min 72 ədəd artaraq 31 dekabr 2024-cü il tarixində 4 min 83 ədədə (2023-cü ilin sonunda 1011 ədəd), Changan modellərinin sayı 1,8 dəfədən çox və ya 4 min 86 ədəd artaraq 8 min 950 ədədə (2023-cü ilin sonunda 4 min 864 ədəd), HAVAL modellərinin sayı 558 ədəd artaraq 2 min 655 ədədə (2023-cü ilin sonunda 2 min 97 ədəd), Geely modellərinin sayı 428 ədəd artaraq 2 min 482 ədədə (2023-cü ilin sonunda 2054 ədəd), BAİC modellərinin sayı 386 ədəd 1842 ədədə (2023-cü ilin sonunda 1456 ədəd), Chery modellərinin sayı 242 ədəd artaraq 3 min 95 ədədə (2023-cü ilin sonunda 2 min 853 ədəd), GAC modellərinin sayı 229 ədəd artaraq 549 ədədə (2023-cü ilin sonunda 320 ədəd) çatıb.
Qeyd edək ki, Azərbaycanda 2024-cü illə müqayisədə 2025-ci ildə Çin istehsalı olan minik avtomobillərinin sayı daha sürətlə artıb.
Minik avtomobillərinin markalarına görə bölgüsü, ədəd