"Sumqayıt" klubu Kamran İmanovla müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı basketbolçu daha bir mövsüm bu klubda çıxış edəcək.

Bu barədə "kimyaçılar"ın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, K.İmanov ötən iki mövsümdə də "Sumqayıt"ın heyətində çıxış edib.  O həmçinin "Neftçi" və "Sərhədçi" komandalarının şərəfini qoruyub.