AZ

Xalq artisti Sərdar Fərəcovun vəziyyəti açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Xalq artisti Sərdar Fərəcovun son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Sərdar Fərəcov sentyabrın 6-sı saat 15:10-da Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub.
"Xalq artistinə kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub. Zəruri laborator və instrumental müayinələr icra olunub. Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. Huşu aydın, hemodinamik göstəriciləri stabildir", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova
Seçilən
10
oxu.az

1Mənbələr