21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, B qrupunda yer alan yığmamız Bakıda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
İlk mərhələdə Portuqaliyaya 0:5 hesabı ilə uduzan komanda bu dəfə azı 1 xal almağa çalışacaq. Baş məşqçi Ayxan Abbasov əsas yığmanı Ukrayna ilə oyuna çıxaracağı üçün U-21-i bolqarlarla görüşə Elnur Çodarov çıxaracaq.
Avropa çempionatı, seçmə mərhələ
9 sentyabr
18:00. Azərbaycan (U-21) - Bolqarıstan (U-21)
Baş hakim: Florian Lata (Albaniya)
Bakı, Dalğa Arena
1 | Portuqaliya | 1 | 1 | 0 | 0 | 5-0 | 3 |
2 | Bolqarıstan | 1 | 1 | 0 | 0 | 3-0 | 3 |
3 | Çexiya | 1 | 1 | 0 | 0 | 2-0 | 3 |
4 | Şotlandiya | 1 | 0 | 0 | 1 | 0-2 | 0 |
5 | Cəbəllütariq | 1 | 0 | 0 | 1 | 0-3 | 0 |
6 | Azərbaycan | 1 | 0 | 0 | 1 | 0-5 | 0 |
İdman.biz