AZ

Paytaxtda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar

Bakı, 9 sentyabr, AZƏRTAC

Polis əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı S. Əliyev, 37 yaşlı P. Himmətov və 31 yaşlı F. Abdullazadə saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlarda 4 kiloqramdan artıq narkotik vasitə marixuana aşkarlanıb.

Araşdırmalarla saxlanılanların narkotikləri satış məqsədilə əldə etdikləri məlum olub.

Faktlarla bağlı araşdırma aparılır.

Seçilən
49
4
azertag.az

6Mənbələr