AZ

Əli Hüseynli: Zəngəzur dəhlizi Ermənistanı tranzit ölkəyə çevirə bilər

Vaşinqton razılaşması regional sülhün bərqərar olunması baxımından əhəmiyyətlidir və bu razılaşma bir çox ölkələr tərəfindən dəstəklənməsi ilə seçilir. Bunu Milli Məclisin deputatı  Əli Hüseynli bildirib.

"Bu, ilk dəfədir ki, beynəlxalq ictimaiyyət sülh təşəbbüsünü bu qədər geniş şəkildə dəstəkləyir. Azərbaycan sülh müqaviləsini təqdim edən tərəfdir," –  deputat "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr  olunan xüsusi iclasda bildirib.

Onun sözlərinə görə, Ermənistan Konstitusiyasına dəyişiklik etdikdən sonra sülh müqaviləsinin imzalanması mümkün olacaq.

 “Əminəm ki, yaxın gələcəkdə tərəflərin sülh sazişinə razılıq verdiyinin şahidi olacağıq", - o deyib.

Əli Hüseynli həmçinin qeyd edib ki, Zəngəzur dəhlizi yalnız Cənubi Qafqaz üçün deyil, bütövlükdə region üçün yeni imkanlar aça bilər

 “Tramp marşrutu adlandırılan nəqliyyat bağlantısı Ermənistanı tranzit ölkəyə çevirə bilər", - Hüseynli əlavə edib. 

O, Minsk Qrupunun fəaliyyətinin faktiki olaraq dayandırılmasını da bölgədə yeni mərhələnin başlandığının göstəricisi kimi dəyərləndirib.

 “Vaşinqton razılaşması sülh gündəliyinin formalaşdığını nümayiş etdirir", - deputat qeyd edib. 

Gülnar Nazimqızı 

Seçilən
9
2
anews.az

3Mənbələr