AZ

Gəncədə hava limanında oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 9 sentyabr, AZƏRTAC

Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sərnişinlərə məxsus çamadandan oğurluq etməkdə şübhəli bilinən 39 yaşlı Tahir Sayadov saxlanılıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırmalar zamanı T. Sayadovun yükləmə zamanı çantadan ümumi dəyəri 10 min manat olan qızıl-zinət əşyalarını oğurladığı məlum olub.

Məhkəmənin qərarı ilə T. Sayadov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Seçilən
3
25
azertag.az

10Mənbələr