AZ

Milli Məclisin xüsusi iclası keçirilir

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb.

FED.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən xüsusi iclas "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr olunub.

İclasda Azərbaycanın Dövlət Himni səsləndirilib.

Xatırladaq ki, Milli Məclisin deputatları Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsaslanaraq, parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.

Sədr müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Seçilən
2
29
fed.az

10Mənbələr