AZ

Kayrat Sarıbay: "Azərbaycanın sədrliyi AQEM-in gələcəyini ən yaxşı şəkildə formalaşdıracaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyi təşkilatın gələcəyini ən yaxşı şəkildə formalaşdıracaq".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu AQEM-in Baş katibi Kayrat Sarıbay Bakıda keçirilən təşkilatın Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası çərçivəsində jurnalistlərə bildirib.
K.Sarıbay vurğulayıb ki, AQEM-in gündəliyi kompleks təhlükəsizliyi, siyasi, ekoloji və humanitar ölçüləri, həmçinin Asiyada və onun hüdudlarından kənarda iqtisadi inteqrasiya və nəqliyyat əlaqələrini əhatə edir.
"Bakıda biz Azərbaycanın çoxtərəfli əməkdaşlığı necə dəstəklədiyini görürük. AQEM-in Beyin Mərkəzləri Forumunda qarşılıqlı fəaliyyət və əməkdaşlıq prosesini necə irəlilədə biləcəyimizi müzakirə edəcəyik. Çünki təhlükəsizlik olmadan inkişaf mümkün deyil, bir-birinə inam olmadan isə təhlükəsizlik mümkün deyil", - deyə K.Sarıbay vurğulayıb.
Seçilən
19
oxu.az

1Mənbələr