AZ

Dünya çempionatına son hazırlıq: Azərbaycan güləşçilərinin açıq məşqi olub

Azərbaycan güləşçiləri bu ay Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək dünya çempionatına hazırlığı Bakıda davam etdirirlər.

90deqiqe.Az xəbər verir ki, bu gün Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında media nümayəndələri üçün açıq məşq təşkil olunub.

Məşq prosesində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların üzvləri iştirak edirlər. İdmançılar həm fiziki, həm də taktiki baxımdan son çalışmalarını həyata keçiriblər.

Sərbəst güləşçilər sentyabrın 11-də, qızlar 13-də, yunan-Roma millisi isə 16-da turnirin keçiriləcəyi şəhərə yola düşəcəklər.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 13–21-də təşkil olunacaq.

Seçilən
96
2
90deqiqe.az

3Mənbələr