AZ

Deputat təklif edir ki,2026-cı il ‘barış və islahatlar ili’ elan olunsun

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Prezident İlham Əliyevin ABŞ-a səfərini “böyük siyasi hadisə” kimi qiymətləndirib. Bu barədə deputat "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr  olunan xüsusi iclasında çıxışı zamanı bildirib.

Deputat bildirib ki, ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı öhdəlik götürməsi Azərbaycanın mühüm diplomatik uğurudur.

Həsənqulyev təklif edib ki, Azərbaycan-Ermənistan sülh prosesinə dair məsələlər Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilsin.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması beynəlxalq yükdaşımalar sisteminə töhfə verə bilər və region ölkələri üçün də yeni imkanlar yaradacaq.

Həsənquliyev həmçinin qeyd edib ki, Azərbaycanın son uğurlarında Prezident Əliyevin rolu mühümdür:

“Erməni xalqını üçüncü qüvvələrin təsirindən İlham Əliyev qurtarıb”, – deputat bildirib.

O, bəyanatın Rusiyanı da qane edəcəyinə ümid etdiyini və Türkiyə ilə yanaşı Rusiya Federasiyasının da sülh prosesində iştirakının məntiqli olduğunu bildirib.

Həsənquliyev əlavə edib ki, Azərbaycanın gələcək inkişafı üçün investisiya cəlbi vacibdir və ölkənin beynəlxalq iqtisadi təşkilatlara üzvlüyü sürətləndirilməlidir.

O, Rusiya ilə quru sərhədlərin açılmasının vacibliyini də vurğulayıb.

“Zaman itirmədən islahatlara başlanmalı, ümumi amnistiya aktı qəbul edilməli və 2026-cı il ‘barış və islahatlar ili’ elan olunmalıdır”, –  deputat qeyd edib.

Gülnar Nazimqızı 

Seçilən
15
1
anews.az

1Mənbələr