“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti (BOKT) internet səhifəsinin hazırlanması xidmətlərinin satınalınması üçün açıq müsabiqə elan edib.
Banker.az xəbər verir ki, tenderin predmeti təşkilat üçün əsas veb-saytın və əmlak elanları portalının hazırlanmasıdır. Layihənin ümumi dəyəri 32,9 min manat olaraq göstərilib.
Müsabiqə 5 sentyabr 2025-ci ildə dərc olunub və iştirakçılar üçün təkliflərin son təqdimetmə tarixi 26 sentyabr 2025-ci il saat 17:00-dək müəyyən edilib. Həmin gün saat 17:00-da zərflərin açılışı keçiriləcək.