Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsi çərçivəsində keçirilən ictimai müzakirədə çıxış edib.
O bildirib ki, İctimai Şuraların fəaliyyətində şəffaflıq və hesabatlılıq əsas prinsiplərdən olmalıdır:
“İki aydan bir hesabat təqdim edilməlidir və bunu da Agentlik təmin etməlidir. İctimai Şurada yalnız sədrin danışması düzgün deyil, məsələlər çox ciddidir,” – deyə N.Cəfəroğlu qeyd edib.