AZ

Deputat: Vaşinqton razılaşması Azərbaycanın suverenliyinin tanınmasıdır

Milli Məclisin deputatı Zahid Oruc Prezident İlham Əliyevin ABŞ-a səfərini və Vaşinqtonda paraflanan sülh sənədini Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirib.

O bildirib ki, sənəddə “Qarabağ” ifadəsinin yer almaması və etnik ermənilərin geri qayıdışına dair tələblərin olmaması Azərbaycanın mövqeyinin beynəlxalq miqyasda qəbul olunduğunu göstərir.

Deputat əlavə edib ki, bu razılaşmalar Azərbaycanın hərbi qələbəsini diplomatik müstəviyə daşıyır və ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması ilə ölkənin tam suverenliyi təsdiqlənir.

O, həmçinin Zəngəzur dəhlizinin açılmasının regionda əməkdaşlığa yol açacağını, Azərbaycanın Naxçıvanla birləşməsinin isə strateji əhəmiyyət daşıdığını vurğulayıb.

 Zahid Oruc, sülhün möhkəmləndirilməsi üçün Ermənistanla birgə parlament komissiyasının yaradılmasını dəstəklədiyini bildirib.

Gülnar Nazimqızı 

Seçilən
12
anews.az

1Mənbələr