“Neftçi”nin sabiq çalışdırıcısı Roberto Bordin Albaniyada fəaliyyət göstərəcək.
İdmanxeber.az-ın məlumatına görə, 60 yaşlı italiyalı mütəxəssis “Tirana” klubunun baş məşqçisi təyin olunub.
Qeyd edək ki, Bordin 2018–2020-ci illərdə “Neftçi”ni çalışdırıb, son olaraq isə İtaliyanın D Seriyasında “Kaldiero”nun sükanı arxasında olub.