AZ

ABŞ separatizmi qızışdırmaqda şübhəli bilinir

AzVision.az xəbər verir ki, Kanadanın“The Globe and Mail” nəşri keçən ay Danimarka Xarici İşlər nazirliyinin ABŞ-nin müvəqqəti işlər vəkilini Qrenlandiyaya “təsir etmək cəhdlərinə” görə çağırdığını xatırladıb.

Danimarka mediasının məlumatına görə, ABŞ prezidenti Donald Trampla əlaqəsi olan ən azı üç amerikalı bölgədə təsir göstərmək üçün gizli əməliyyatlar həyata keçirir.

ABŞ-nin Kopenhagendəki səfirliyinin sözçüsü ondaVaşinqtonun fərdi şəxslərin hərəkətlərinə nəzarət etmədiyini və ayrı-ayrı amerikalıların Qrenlandiyada öz maraqlarının ola biləcəyini demişdi.

“Əgər bu, doğrudursa, onda bu, Amerikanın tarixi rolunun demokratiyanın qalası və azad xalqların müdafiəçisi rolundan NATO müttəfiqləri arasında sıxıntı yaradan avtoritar yırtıcı roluna keçməsini göstərir. Vaşinqton Danimarka ilə bunu etməyə hazırdırsa, təxribat, dezinformasiya və narazılığın qızışdırılması üçün eyni alətlər dəsti Kanada da istifadə oluna bilər”, - “The Globe and Mail” qəzeti vurğulayır.

Vaşinqtonun Qrenlandiyada məxfi cəhdləri
Nəşrin yazdığına görə, prezident yönlü MAGA (Make America Great Again – “Amerikanı yenidən möhtəşəm et”) hərəkatının tərəfdarları Trampın Kanadanın ABŞ-yə birləşməsi zərurəti ilə bağlı bəyanatlarından sonra artıq ölkə daxilində fəaliyyət göstərməyə hazır olduqlarını nümayiş etdiriblər. Onlar xüsusilə,Alberta əyalətinin Kanadadan ayrılması tərəfdarları ilə əlaqələr qurublar.

Belə reallqılar fonunda qəzet Ottavanı bu məsələdə Danimarka ilə əməkdaşlığı aktivləşdirməyə, həmçinin separatizmin siyasi-iqtisadi risklərini izah etməklə əhali ilə daxili işi gücləndirməyə çağırır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
47
1
azvision.az

2Mənbələr