AZ

Neftçalada “Məktəbliyə Dəstək” Xeyriyyə Aksiyası 4-cü ildir davam edir

Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin təşəbbüsü ilə icra olunan “Məktəbliyə Dəstək” Xeyriyyə Aksiyası  4 ildir davam  edir.

QHT.az xəbər verir ki, 2025/2026-cı tədris ilinin başlanmasına sayılı günlər qalıb. Məktəbə hazırlıq dövründə Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi xeyriyyə təşkilatlarına müraciət ünvanlayıb. Neftçala rayonunun Qarabucaq, Aşağı Qaramanlı, Astanlı, Dördlər kəndlərində və Xıllı qəsəbəsində yaşayan 30 nəfər məktəbliyə məktəbli geyimi, çanta və tədris ləvazimatları hədiyyə edilib.

Bu haqda Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə məlumat verib. İctimai Birliyin sədri bildirib ki, Neftçala rayonunun sosial xəritəsini hazırlayıb və ardıcıl olaraq 4 ildir məktəblilərlə əlaqədar müxtəlif xeyriyyə aksiyalarını davam etdirir.

07 Sentyabr 2025-ci il tarixində baş tutan "Məktəbliyə dəstək" Aksiyası Ümid Yolu Xeyriyyə İctimai Birliyinin dəstəyi ilə icra olunub. Xeyriyyə Aksiyası zamanı 10 nəfərin ailəsi ilə ünvanda görüş təşkil edilib. 20 nəfər məktəbli isə kənd yerində yaşayan həssas qrup əhalinin sosial rifahının yaxşılışdırılmasına dəstək vermək üçün yaradılan Qaraman Icma Mərkəzində qarşılanıb və hədiyyələr valideynlərin iştirakı ilə təqdim edilib.

Maliyyə dəstəyi üçün Ümid Yolu Xeyriyyə İctimai Birliyinə təşəkkür edir, məktəblilərə yeni tədris ilində uğurlar arzulayırıq!

Seçilən
39
qht.az

1Mənbələr