AZ

Ermənistan, İran və Hindistan arasında üçtərəfli danışıqlar

Tehranda Ermənistan, İran və Hindistan arasında xarici işlər nazirlikləri səviyyəsində üçüncü siyasi məsləhətləşmələr raundu keçirilib.

Musavat.com xəbər verir ki, İran nümayəndə heyətinə İran XİN-in Cənubi Asiya üzrə baş direktoru Məhəmməd Rza Bəhrami, Hindistan nümayəndə heyətinə Hindistan XİN-in regional baş direktoru Anant Prakaş, Ermənistan nümayəndə heyətinə isə Ermənistan XİN-in Asiya-Sakit okean departamentinin rəhbəri Anahit Karapetyan rəhbərlik edib.

Görüşdə tərəflər əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Əsas müzakirə mövzuları arasında nəqliyyat sahəsində əməkdaşlıq xüsusi yer tutub. Bu kontekstdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (INSTC), Ermənistanın “Dünyanın kəsişməsi” layihəsi və Çabahar limanının strateji yerləşməsindən istifadənin perspektivləri önə çəkilib.

Bundan başqa, iqtisadi, ticarət və mədəni əlaqələrin inkişafı, “xalqdan xalqa” münasibətlərin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Razılaşmaya əsasən, növbəti üçtərəfli görüş tərəflərin müəyyənləşdirəcəyi tarixdə Ermənistanda keçiriləcək.

Musavat.com

Seçilən
37
2
musavat.com

3Mənbələr