AZ

Qattuzo: "Bu, karyeramın ən çılğın oyunu idi"

style='margin-bottom:10px;'>

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turunda İsrail üzərində qələbədən (5:4) danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis bunu məşqçilik karyerasının ən çılğın oyunu adlandırıb:

"Fantastik oyun idi. Bu, məşqçi kimi iştirak etdiyim ən çılğın oyundur. Matçın belə gərgin keçməsi mənim problemimdir, oyunçuların deyil. Əgər yüksək nəticələr qazanmq istəyiriksə, daha yaxşı olmalıyıq.

Çox riskli davrandıq, daim hücum edirdik. İsrail də bunu gözləyirdi və biz hər dəfə əks-hücumda cəzalandırılırdıq. Hesab xeyrimizə olanda müdafiədə daha dərindən oynaya bilərdik".

Qeyd edək ki, Qattuzo bu yay İtaliya millisinə ba məşqçi təyin olunub.

Seçilən
11
1
teleqraf.com

2Mənbələr